Bu Amerika şəhəri  Xocavəndlə “qardaşlaşmağa” hazırlaşır

18:40 26.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarının Qlendeyl şəhərinin meri Artaşes Kasaxyan bu şəhəri müvəqqəti (!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhəri ilə “qardaşlaşdırmaq” qərarına gəlib.

Hafta.az xəbər verir ki, A.Kasaxyan bu haqda “Asbarez” nəşrinə müsahibəsində bildirib.

Erməni merin sözlərinə görə, o, Qlendeylin de-yure Azərbaycana aid olan Xocavənd şəhəri ilə “qardaşlaşması” barədə təklifini bu günlərdə şəhər məclisinə təqdim edib.

Ümid edirik ki, Azərbaycan Xarici İşlər  Nazirliyi ABŞ şəhəri rəhbərliyinin bu sərsəm qərarına öz münasibətini ifadə edəcək.

Siyasət rubrikasından digər xəbərlər